Tanınmış politoloqun evindən oğurluq olub - Nəzakət Məmmədova: "...tanıyıram"


Tanınmış politoloq Nəzakət Məmmədovanın evinə oğru girib.

Bu barədə politoloq özü sosial şəbəkələrdə məlumat yaylb. Musavat.com həmin məlumatı təqdim edir: "Dostlar, dünən evimdən oğurluq olub. Amma nə hikmətsə, evdən ancaq informasiya mənbələri olan iki noutbuk, mobil telefonum və televizor oğurlanıb. Maraqlı olan iki məsələ var - ev alt-üst edilməyib, görmüşük ki, evə oğru gələndə evi ələk-vələk edib qızıl, pul, zinyət əşyaları axtarır. Amma bizim bu oğru "humanist" oğru olub. Ancaq informasiya mənbələrini aparıb. Görünür, kimlərəsə mənim siyasi fəaliyyətim sərf etmir, son dövrdəki açıqlamalarım kimlərisə, müəyyən dairələri narahat etməyə başlayıb və mən bunu bir xəbərdarlıq kimi qəbul edirəm. Düşünürəm ki, məqsəd heç də əmlak qarət etmək yox, mənə xəbərdarlıq olubdur. Bu, sıradan oğurluq hadisəsi deyil, mən özümün və övladımın həyatına ciddi təhlükə olduğunu düşünürəm. Bu o deməkdir ki, bu gün evə girib nəsə oğurlamışıqsa, sabah səni bir göz qırpımında öldürə bilərik. Mən dövlətimə inanıram, Prezidentimizə inanıram və hesab edirəm ki, bunu edənlər tapılaraq sifarişçilərin hərəkətinə qiymət veriləcəkdir. Artıq polis araşdırma aparır. Sifarişçilərin kim olduğunu bilirəm. Sadəcə, istintaq sirri olduğu üçün hələ ki, açıqlamıram".


Tarix: 30-03-2019, 21:27
Xəbəri paylaş





Xəbər lenti