Yardımlıda polis maşını uçuruma yuvarlandı


Ötən gün axşam saat 11 radələrində Yardımlı rayonunun Osnağaran kəndinin ərazisində baş verən yol-nəqliyyat qəzası nəticəsində polis zabiti həlak olub.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Yardımlı rayon polis şöbəsinin 31 yaşlı cinayət-axtarış müvəkkli, baş leytenant Şahin Nəsirovun idarə etdiyi 10 AP 928 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomaşın sulu qarla örtülmüş yolda qəfildən dərin uçuruma yuvarlanıb.

Şahin Nəsirov qəza nəticəsində aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 31-03-2019, 22:32
Xəbəri paylaş





Xəbər lenti