Məscidin axundu qətlə yetirildi: BAKIDA


Bakıda məscidin axundu qətlə yetirildi

Martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.

 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib.

Qətl törətdikdən sonra Hüseynbala Şamilov hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun saxlanılması üçün operativ-axtarış tədbirlərini həyata keçirirlər.

Qeyd olunur ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.

Tarix: 1-04-2019, 08:31
Xəbəri paylaş





Xəbər lenti