Mingəçevirdə növbəti faciə

 Iki bacının bir gün öncə köçdükləri mənzildə meyidləri aşkarlanıb

Mingəçevir şəhərində iki bacının kirayə yaşadıqları mənzildə meyidləri tapılıb.

Hadisə şəhərin Heydər Əliyev prospekti, 90 ünvanında baş verib. 2 bacının – Roza və Emilya Mobilçenkonun bir gün öncə köçdükləri mənzildə cansız bədənləri aşkarlanıb. 24 yaşlı Roza və 18 yaşlı Emilya Mobilçenkodan uzun müddət xəbər çıxmadığından mənzilin qapısı sındırılıb. Bu zaman onlardan birinin hamam otağında, digərinin isə kənarda vəfat etdiyi məlum olub.

Hadisəyə ilkin səbəb kimi dəm qazından zəhərlənmə göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Siam.az

Tarix: 10-04-2019, 07:16
Xəbəri paylaş





Xəbər lenti