Kəramətlə dostunu kafedə döydülər

Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl ( Nəcəfov) döyülüb.

Medianews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.


Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən “Port Röyal “ kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.

Tarix: 13-04-2019, 21:37
Xəbəri paylaş





Xəbər lenti