İmişlidə qətl hadisəsi olub


İmişlidə qətl hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib.

Daha sonra meyiti torbayaqoyaraq Araz çayına atıb. Meyit bir saat əvvəl çaydan çıxarılaraq İmişli morquna təhvil verilib. Qətlə yetirilən qadının həyat yoldaşı meyiti avtomobildə aparan sürcünü bıçaqlayaraq ağır yaralayıb. Sonuncu İmişli rayon xəstəxanasnda əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirlib.

Hadisənin baş vermə səbəbi qətlə yetirilən qadının bir evdə yaşadıqları qaynı arvadının başqası ilə görüşməsindən xəbərdar olması səbəb olub.

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılb araşdırçma aparılır.

Tarix: 14-04-2019, 08:36
Xəbəri paylaş





Xəbər lenti