Salyanda özünü çaya atmış müəllimənin axtarışları sabaha saxlanıldı


Bu gün Salyan rayonunun Seyidsadıqlı kəndində özünü Kür çayından qidalanan Akkuşa çayına ataraq intihar etmiş müəllimənin axtarışları qaranlıq düşdüyündən sabaha saxlanılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, çayın körpüsündə qadının ayaqqabıları və jileti aşkarlanıb. Onun azyaşlı övladı paltarın anasına məxsus olduğunu deyib.

Aysel Dadaşovanın evlərində yazıb qoyduğu məktubda isə onun ölümündə heç kəsin günahkar olmadığı bildirilib.

Qadının həyat yoldaşı Bağır Dadaşov Bakı şəhərində tikilən evlərdən birində rəngsaz işlədiyindən hadisə baş verən vaxt evdə olmayıb.

Aysel Dadşovanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

*   *   *19:31

Bu gün axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması  üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və  hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.

Tarix: 24-04-2019, 23:45
Xəbəri paylaş





Xəbər lenti