Boşandığı arvadı ilə zorla cinsi əlaqədə olmaq istədi, rədd cavabı alıb bıçağa əl atdı — MƏHKƏMƏ

 Keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xosrov Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası may ayının 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. 

Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib. 

X.Məmmədov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. 

İlkin dindirmə zamanı qətlin motivi məlum olub. Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalar da, Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib. 

Elə bu səbəbdən də qadın Xətai rayon Prokurorluğuna və 37-ci Polis Bölməsinə şikayət edib. Xosrov isə bu şikayətdən əsəbləşərək, keçmiş arvadını öldürmək qərarına gəlib və cibinə bıçaq qoyaraq niyyətini həyata keçirib. 

Tarix: 27-04-2019, 14:29
Xəbəri paylaş





Xəbər lenti