Moskvada sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb - VİDEO,FOTOLAR


Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "360" nəşri "Telegram-kanal"ında məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisəyə göyərtədə yanğın səbəb olub.

Təyyarədə olan 78 sərnişin təxliyyə edilib. Onlardan 1 nəfər ölüb, 5-i xəsarət alıb. Əraziyə 10 "təcili yardım" maşını cəlb edilib.



Tarix: 5-05-2019, 21:52
Xəbəri paylaş





Xəbər lenti