Bərdədə ŞANTAJ - Polis işə qarışdı

Bərdədə ŞANTAJ
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirmişdir.

DİN Mətbuat Xidmətindən DİA.AZ-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülmüşdür.

Araşdırma aparılır.
 
Tarix: 7-05-2019, 13:45
Xəbəri paylaş





Xəbər lenti