Qalmaqallı məhkəmə işi başlayır - Xanımını binadan atan “Buta Palace”ın keçmiş art direktoru hakim qarşısında


Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə başlayır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılır.

İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Ramiz Taxveli

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

ÐоÑожее изобÑажение

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.

Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.

Tarix: 27-05-2019, 14:11
Xəbəri paylaş





Xəbər lenti