Məcburi köçkünlər yolu bağlamağa cəhd edib


Yasamal rayonu ərazisində Texniki Universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünlər aksiya keçirib. Onlar Şərifzadə küçəsini bağlamağa cəhd ediblər. əraziyə gələn xeyli polis yolun bağlanmasına imkan verməyib. Həmçinin hadisə yerinə Qaçqınların və Məcburi köçkünlərin İşi üzrə Komitənin əməkdaşları da gəlib. Onlar bildirib ki, bu gün saat 16-da Komitənin Aparat rəhbəri Eldar müəllim yerində problemlərlə tanış olacaq. Sakinlər problemin həll olunmayacağı halda yenidən yolu bağlayacaqlarını bildiriblər.

Azadlıq.info


Tarix: 29-05-2019, 00:12
Xəbəri paylaş





Xəbər lenti