Yol polisi qayda pozdu, rəhbərlik cəzalandırdı - VİDEO

 Bir müddət öncə Babək prospektində qaydaları pozan  YPX avtomobili barəsində məlumat vermişdik. Avtosfer.az xəbər verir ki, vətəndaş tərəfindən  göndərilən video görüntüdə 99 YP 374 dövlət nömrə nişanlı, YPX avtomobili yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin və manevr qaydalarının tələblərini pozması öz əksini tapmışdı. Həmin qayda pozuntusunu qeydə alan vətəndaş  video görüntü əsasında Daxili İşlər Nazirliyinə şikayət ünvanladığınıda qeyd etmişdi.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə,  sözügedən YPX inspektoru artıq inzibati məsuliyyətə cəlb edilib.
 
Tarix: 2-06-2019, 00:30
Xəbəri paylaş





Xəbər lenti