Azərbaycanda işdən çıxarılan kişi direktorun otağına qumbara atdı


Azərbaycanda işdən çıxarılan kişi direktorun otağına qumbara atdı
 

Sumqayıt şəhərində şirkət direktorunu öldürməyə cəhd etməkdə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sumqayıtda yerləşən "Azkompozit" MMC şirkətinin direktoru Rəsul Baxşəliyevi öldürməyə cəhd etməkdə ittiham olunan işçisi Şirin Astanovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olacaq.

Qeyd edək ki, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit" MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Astanov Rəşad Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.

Direktor yox cavabı verəndən sonra Şirin Astanov onu döyüb.

Daha sonra Şirin Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlaymağa çalışıb.

Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Şirin Astanovu tutub.

İstintaq orqanı tərəfindən Şirin Astanovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. (Teleqraf)

Tarix: 6-06-2019, 09:12
Xəbəri paylaş





Xəbər lenti