Bakının Binəqədi rayonunda kriminal avtoritet güllələnib

 Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi müəyyən olunub.

Siam.az  Oxu az-a istinadən xəbər verir ki,Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

20:30

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində “Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb.

Həmçinin bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmayıb. Əlavə məlumat veriləcək.

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.

Bu barədə Polis İdarəsindən məlumat verilib.

Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Əlavə məlumat veriləcək.



Tarix: 7-06-2019, 21:44
Xəbəri paylaş





Xəbər lenti