Bu oteldə 3 nəfər müəmmalı şəkildə ölüb - FOTO


Bu oteldə 3 nəfər müəmmalı şəkildə ölüb - FOTOQadın turistin iddiasına görə, "Luxury Bahia Principe Bouganville" istirahət mərkəzində qazlı içki içdikdən sonra qan qusub.

Savash.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da, Nyu-Yorkda yaşayan Awilda Montes ofisantın gətirdiyi "7-Up" qazlı içkisini içdikdə boğazında və dilində qıcıqlanma hiss edib

Dərhal içkini qaytaran Awilda tüpürəndə ağzından qan gəlib.

O, əvvəlcə bunun qəza olduğunu düşünsə də, sonradan internetdə otel barəsində məlumat axtararkən dəhşətə gəlib.

Belə ki, Dominikan Respublikasında dəniz sahilində yerləşən "Luxury Bahia Principe Bouganville" istirahət mərkəzində keçən ay 3 nəfər müəmmalı şəkildə ölüb.

Minibardan götürülmüş içkilərin həmin oteldə baş verən ölümlərə səbəb olduğu düşünülür.
Tarix: 10-06-2019, 22:27
Xəbəri paylaş





Xəbər lenti