Bərdədə "təcili yardım"ın qadın həkimləri döyüldülər


Bərdədə


Hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

"Ölkə.Az" xəbər verir ki, səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi hələlik şəxsiyyəti məlum olmayan şəxs onlara taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar. 

Bundan başqa, təcili tibbi yardım avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb.

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tarix: 12-06-2019, 15:08
Xəbəri paylaş





Xəbər lenti