Azərbaycanda DƏHŞƏT – Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – YENİLƏNİB-1

 Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.
Siam.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə bildirilib ki, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.
Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxlanılıb. Bildirilib ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.
Xırdalan şəhərində 2 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyilindən diqqqətə çatdırılıb ki, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyev hazırda həkim nəzarətindədir.
Tarix: 13-06-2019, 15:39
Xəbəri paylaş





Xəbər lenti