Kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib- Zaqatalada

 Zaqatalada kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır. 
Tarix: 14-06-2019, 08:22
Xəbəri paylaş





Xəbər lenti