“Range Rover”lə iki nəfərin ölümünə səbəb olan sürücüyə yenidən cəza istənildi


“Range Rover”lə iki nəfərin ölümünə səbəb olmuş qəzanı törədən polis əməkdaşı növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror X.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. X.Məmmədovun vəkilləri isə müdafiə etdikləri şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Xatırladaq ki, hadisə bu il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. Xəyal Məmmədovun yüksək sürətlə idarə etdiyi “Range Rover” Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobillə toqquşub. Qəza zamanı “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olan polis serjantı Xəyal Məmmədov hadisə yerindən qaçıb. O, daha sonra həbs edilib.

Tarix: 19-06-2019, 16:48
Xəbəri paylaş





Xəbər lenti