Qonşusunu bıçaqladı, polisə könüllü təslim oldu — MƏHKƏMƏ


Qonşusunu bıçaqladı, polisə könüllü təslim oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam edir.

"Ölkə.Az" xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyul ayının 27-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Siam.az

Tarix: 23-06-2019, 07:28
Xəbəri paylaş





Xəbər lenti