Zığ şossesindəki yanğınla bağlı qərargah yaradılıb: Kəmaləddin Heydərov və Eldar Əzizov hadisə yerinə gəliblər - YENİLƏNİB, FOTOLAR


Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi əraziyə gəliblər.

"Report" xəbər verir ki, yanğınla bağlı qərargah yaradılıb.

Saat 13:31

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

 
 
 
 
 
 
 
 
 
 
Tarix: 26-06-2019, 15:08
Xəbəri paylaş





Xəbər lenti