Rusiyada təyyarə qəzası - ÖLƏN VƏ YARALANANLAR VAR - FOTO




Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib. BakuPost Rusiya mətbuatına (https://ria.ru/20190627/1555954190.html) istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikasının şimalında baş verib.

 
Qəza zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.

 
Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş.
 
Hadisənin səbəbi kimi mühərriklərdən birində nasazlıq göstərilir.
İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.
Tarix: 27-06-2019, 08:25
Xəbəri paylaş





Xəbər lenti