Kafedə QANLI DAVA: Azərbaycanlı rusiyalı çempionu öldürdü


Kafedə QANLI DAVA: Azərbaycanlı rusiyalı çempionu öldürdü

Rusiyanın Samara vilayəti üzrə cüdo çempionu Yevgeni Kuşnerin qətlində şübhəli bilinən azərbaycanlı həbs edilib.

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Tolyatti şəhərində ələ keçib.

Hadisə iyunun 25-də Tolyattidəki “Levşa” kafesində baş verib. Kafedə borc üstündə baş verən dava-dalaş zamanı Kuşnerə kəsici alətlə bir neçə zərbə vurulub.

Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.

Tarix: 27-06-2019, 20:47
Xəbəri paylaş





Xəbər lenti