Yevlaxda gənc ana özünə qəsd etdi


Yevlax rayonunun Əkşəm kəndində intihara cəhd hadisəsi qeydə alınıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, təqribən 25-28 yaşlı ailəli qadın Səfərova Nərminə Pərviz qızı sirkə turşusu içərək özünə qəsd edib.

Halsız duruma düşən N. Səfərova dərhal xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata görə, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 28-06-2019, 23:25
Xəbəri paylaş





Xəbər lenti