Kadırovun “Axmat” klubunun Rusiyadakı filialının direktoru öldürüldü


Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində bir müddət öncə açılmış “Axmat” döyüş klubunun 37 yaşlı direktoru qətlə yetirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, kürəyindən azı 4 dəfə güllə yarası almış şəxsin cəsədi iyunun 27-də gecə saatlarında küçədə aşkarlanıb.

İnsidenti törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü şəxs axtarışa verilib.

Faktla bağlı cinayət işi açılıb. Cinayətin təfərrüatı araşdırılır.

Qeyd edək ki, “Axmat-Tolyatti” bu il iyunun 15-də açılıb. Bu, Çeçenistan rəhbəri Ramzan Kadırovun sahibi olduğu Axmat Kadırov adına klubun filialı hesab olunur.

Tarix: 29-06-2019, 07:41
Xəbəri paylaş





Xəbər lenti