Bərdədə külək ikimərtəbəli evin yanmasına səbəb olub – FOTO

 



Bərdə rayonunda güclü külək ikimərtəbəli evin yanmasına səbəb olub.

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. Belə ki, gcülü külək zamanı rayon sakini Briliant Dadaşovaya məxsus ikimərtəbəli fərdi yaşayış evinə gələn elektrik naqilləri bir-birinə ilişərək qısaqapanma yaranıb və ev alışaraq yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.


Tarix: 5-08-2019, 23:08
Xəbəri paylaş





Xəbər lenti