"Məcbur olub öldürdüm" - İllərlə davam edən təcavüz ölümlə bitdi


İstanbulun Kağıthanə ərazisində yaşayan 34 yaşlı qadın onu illərlə təcavüz edən keçmiş qonşusunu öldürüb. 3 uşaq anası olan Ayşə Gül hadisədən sonra polis tərəfindən saxlanılıb.

Musava.com bu barədə  Türkiyənin SABAH qəzetinə istinadən məlumat verir.

Xəbərə görə, Gül ailəsinin yaşadığı evə hücum edən Cengiz Kılıçın hadisədən bir gün öncə həbsxanadan çıxdığı deyilir. Baş vermiş qətllə bağlı araşdırmalara başlayan İstanbul polisi qətli törədən Ayşe Gülü saxlayıb. Qonşuların polisə verdiyi ifadəyə görə, qadın qətli törətdikdən sonra “Məcbur olub öldürdüm. Elə niyyətim yox idi”, - deyə qışqırırmış.

Şahidlərin sözlərinə görə, qətl hadisəsi Çağlayan məhəlləsi, Fevzi Çaxmaq küçəsində yerləşən 3 mərtəbəli binada baş verib. İddialara görə, ər-arvad olan Yaşar və Ayşə bundan öncə İstanbulun Pendik ərazisində yaşayırlarmış. Ailənin orada olan qonşuları Qılıc adlı şəxs Ayşə Gülü tez-tez izləyib, ona təcavüz edirmiş.

Ailə Qılıcdan qurtulmaq üçün qaldıqları evdən Kağıthane ərazisinə köçür. Qılıc isə, onlar köçdükdən bir müddət sonra həbsə düşür.

Hadisədən bir gün qabaq azadlığa çıxan Qılıc, Ayşə Gülün yaşadığı yeni evin ünvanını əldə edir və həmin məhəlləyə gəlir. O, əlində bıçaq, qadına hədə-qorxu gələrək, qapını zorla açdırmaq istəyir. Əri evdə olmayan qadın qorxaraq, evdəki silahı götürür və qapını açıb, Qılıca bir dəfə atəş açır. O, aldığı güllə yarasından həyatını itirir.

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.


Tarix: 20-08-2019, 13:36
Xəbəri paylaş





Xəbər lenti