Ağdamda tarixi bina sökülür:QARANLIQDA


Ağdamda tarixi bina sökülür:QARANLIQDA

Bu dəqiqələrdə Ağdam rayonunun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində XIX əsrə aid tarixi bina sökülür.

Qəsəbə sakinlərinin Cebhe.info-ya verdiyi məlumata görə, hazırda ərazidə kran və buldozerlər işləyir. 

Qeyd edək ki, binanı 19-cu əsrdə mülkədar Firudin bəy tikdirib.

Qırmızı kərpicdən tikilmiş iki mərtəbəli bu bina Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. 1930-cu ildən 1961-ci ilə kimi binada “26 Bakı komissraı” adına kolxosun idarəsi yerləşib.  1961-1986-ci illərə kimi bina  Quzanlı kənd xəstəxanası kimi fəaliyyət göstərib. Yerli sakinlərin dediyinə görə, binanın heç bir yerində çat yox idi. Dəfələrlə qəsəbədə yeraltı təkanlar olsa bina zərər çəkməmişdi.

Tarix: 26-08-2019, 21:28
Xəbəri paylaş





Xəbər lenti