İsmayıllı və Bərdədə meşə yanğınları başlayıb - VİDEO


bitmap-img6




İsmayıllı rayonunun Şəbiyan, Pirəbliqasım və Keyvəndi kəndlərində yerləşən meşə ərazisində yanğın başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, səhər erkən saatlarından başlayan yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 3 ədəd texnika və 55 nəfər şəxsi heyət, Şamaxı rayonunun mülki müdafiə qoşunlarından 40 nəfər şəxsi heyət cəlb olunub. Hazırda dağlıq ərazidə yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bərdədə də meşəlik ərazidə yanğın başlayıb. Hadisə rayonun Mirzəxan icra nümayəndəliyinin Cinslər kəndi ərazisində baş verib. Alovlar bir neçə saat ərzində 40 hektara yaxın ərazini əhatə edib və çoxlu sayda iri gövdəli meşə ağacları yanaraq kül olub.

Yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda alovların böyük hissəsi ram edilib. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.





Tarix: 26-08-2019, 22:59
Xəbəri paylaş





Xəbər lenti