"InTravel Az" şirkəti dələduzluğu etiraf etdi - Əməkdaşını polisə verdi

 Xəbər verdiyimiz kimi, Leyla Məmmədli adlı paytaxt sakini "InTravel Az" turizm şirkətini özü ilə birgə 20 ailəyə qarşı dələduzluq etməkdə ittiham edib.

Siam.az xəbər verir ki, "InTravel Az" şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, qurum hadisədən xəbərdardır və dələduzluq edən əməkdaşının da kim olduğunu aşkar edib:

"InTravel Az" şirkəti işçisinin dələduzluğu nəticəsində bu problemlərlə qarşılaşıb. Nərgiz Məmmədova adlı şəxs, müştərilərdən ofisdən kənar ödəmələr alaraq, saxta "voucher" və biletlər verib. Özü 2 ilə yaxın ofisdə intizamlı işçilərdən olub, amma son 1 həftədə bu vəziyyətdən agah olduq və hüquq mühafizə orqanlarına məlumat verdik. Bu vəziyyətdən sui istifadədir. "InTravel Az" şirkəti 8 ildir fəaliyyət göstərir və ilk dəfədir ki, bu halla rastlaşır", deyə şirkətdən bildirilib.

Son olaraq "InTravel Az" şirkəti müştərilərə xəbərdarlıq edib: "Müştərilərimizə bildiririk ki, ofisdən kənar nə ödəniş, nə də başqa bir sənəd almasınlar!"
 
Tarix: 27-08-2019, 16:26
Xəbəri paylaş





Xəbər lenti