Bazarda yanğın: 12 mağaza əşyaları ilə birlikdə yanıb

Bazarda yanğın: 12 mağaza əşyaları ilə birlikdə yanıb

Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən bazarda qeydə alınıb.

Siam.az  xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Ağsu rayonları üzrə Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunsa da, yanğın nəticəsində vətəndaşlara məxsus 12 mağaza əşyaları ilə birlikdə yanıb.

“Report” xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 12 min 350 kv metr olan bazarın 800 kv metrlik hissəsində icarəyə verilmiş 12 mağaza külə dönüb.

Bazarın 11 min 550 kv metr sahəsi yanğından mühafizə olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır.
Tarix: 2-09-2019, 09:02
Xəbəri paylaş





Xəbər lenti