Şamaxı yolunda qəza: "Tayota" aşdı, sürücü öldü

 Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki, hadisə bu gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.
"Toyota" markalı minik avtomobili yoldan çıxaraq aşıb, sürücü ölüb, sərnişini isə ağır xəsarət alıb. Hadisə yenicə baş verdiyi üçün ölən və yaralının adı hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 15-09-2019, 22:55
Xəbəri paylaş





Xəbər lenti