Azərbaycanda kütləvi dava: Tərəfləri ayıran kişinin qulağını kəsdilər - FOTO

Şamaxıda kütləvi dava olub.

Hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb.

Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb.

C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Tarix: 21-09-2019, 21:16
Xəbəri paylaş





Xəbər lenti