"Azərişıq" adi naqilə görə Bakıda 4 ağacı kəsdirdi, sonra isə... - Şikayət

 "Bu mənzərənin səbəbkarı "Azərişıq" ASC-nin Nizami rayonu şöbəsidir".

Bu sözləri Mia.az-a fotolar təqdim edən Bakı şəhəri, Keşlə qəsəbəsi,.Rafiq Ağayev küçəsində yaşayan şikayətçi Ülkər Nəzirova deyib.

O bildirib ki, 15 gün bundan əvvəl yaşadığı məhəllədə ağaclar elektrik naqillərinə maneçilik edir adı ilə dibindən kəsilib: "Adi daşı daş üstə qoyanda başını kəsdirən yerli icra orqanları isə bu 15 gün ərzində özlərini görməməzliyə vurub . Bu gün artıq 199 xidmətinə zəng vurub, bu kotüklərin yığışdırılmasını tələb etsəm də, bizi borclu çıxardılar. Operator xanım dedi ki, "Siz hələ çox sağ ol deyin ki, bizim işçilər o ağacları kəsdi. Yığıb-yığışdırmaq isə bizlik deyil"".
 
Nəzirova deyir ki, əgər ağac naqillərə mane olurdusa, o zaman "Azırişıq" naqili kənara cəkməli idi: "Naqili 1 metr kənara çəkməyə can çəkənlər ə asan yolu seçdilər. 4 ağacı dibindən kəsib ortalıqda qoyub getdilər".

Şikayətçi məsələ ilə bağlı ETSN və Bakı meriyasından tədbir görülməsini arzuladığını da bildirib.
Siam.az
Tarix: 27-09-2019, 09:35
Xəbəri paylaş





Xəbər lenti