Bərdədə qanunsuz balıq ovlayan şəxs tutulub

 Bərdə rayonunda qanunsuz balıq ovlayan şəxs tutulub
“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Abdullayev Hafiz Fəzail oglu qanunsuz balıq ovlayarkən Bərdə Rayon Polis Şobəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun ov edərkən istifadə etdiyi elektrik avadanlıqları da maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.
Tarix: 29-09-2019, 14:31
Xəbəri paylaş





Xəbər lenti