Ermənistanın diversiya qrupları təmas xəttini keçmək istədi, qarşısı alındı - DSX-DAN AÇIQLAMA


Ermənistanın diversiya qrupları təmas xəttini keçmək istədi, qarşısı alındı - DSX-DAN AÇIQLAMA

Ötən gün Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb. 

Cebhe.info Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən bildirir ki, həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub. 

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub. 

Tarix: 2-10-2019, 15:10
Xəbəri paylaş





Xəbər lenti