Qaradağ rayonunda Mikayıl Müşfiqin abidəsi dağıdıldı VİDEO

Mikayıl Müşfiqin abidəsi

Mikayıl Müşfiqin abidəsi


Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb. İstiPress-in məlumatına görə, büstün dağıdılmasını əks etdirən video görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan da aydın görünür ki, əraziyə gətirilən ekskavator abidəni səhər saatalarında aşırır.  

İstiPress-in məlumatına görə, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib. O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

Xatırladaq ki, bənzər hadisə bir neçə il öncə də baş vermişdi. Şairin i, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən büstü 27 fevral 2017-ci ildə “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan dağıdılmışdı. Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov bildirmişdi ki, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

“Azəravtoyol”un rəsmisi isə aparılan yenidənqurma işləri zamanı görkəmli şairimiz büstünə zərər dəyməməsi üçün onun götürüldüyünü deyirdi. 

Azərbaycan prezidenti İlham Əliyev şair Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olaraq məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq vermişdi. 

Abidə qısa müddət sonra öz yerinə qaytarılmışdı. 

Tarix: 2-10-2019, 15:42
Xəbəri paylaş





Xəbər lenti