Həmsədr dövlət Ermənistanda hərbi kollecin inşasına başladı






Ermənistanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ölkənin müdafiə naziri David Tonoyanla birlikdə hərbi kollecin təməlqoyma mərasimində iştirak edib.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, hərbi kollecin beynəlxalq standartlara əsasən inşası nəzərdə tutulur. Kollecdə hərbi təlimlərin təşkili üçün bütün gərəkli infrastrukturun yaradılması planlaşdırılır.

İnşasına başladılan hərbi kolleclə bağlı ən maraqlı məqamlardan biri isə bu kollecin Minsk qrupunun həmsədr dövlətlrindən biri olan Rusiyanın dəstəyi ilə tikilməsi ilə bağlıdır. Belə ki, kollec əldə edilən razılaşmaya əsasən Rusiyanın dəstəyi ilə inşa ediləcək. Tikintidə ən son memarlıq texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Tarix: 30-10-2019, 09:20
Xəbəri paylaş





Xəbər lenti