Bərdədə zəncirvari qəza


Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, küçə ərazisində üç minik avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

Tarix: 3-11-2019, 21:43
Xəbəri paylaş





Xəbər lenti