Oqtay Gülalıyevlə gündəmə gələn sual: Xəstə komada neçə gün qala bilər? - DETALLAR


Oqtay Gülalıyevlə gündəmə gələn sual: Xəstə komada neçə gün qala bilər? - DETALLAR

Müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyev 15 günə yaxındır ki, koma vəziyyətindədir. 

Türkiyə həkimlərinin bildirdiyinə görə, Oqtay Gülalıyevin beynində 3 hüceyrə təmamilə zədələnib. Durumunda hələlik dəyişiklik yoxdur. 

Maraqlıdır, tibbi baxımdan insan neçə gün komada qala bilər? Bu müddət uzanarsa, nə kimi fəsadlar baş verər? 

Tanınmış terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında deyib ki, komada xəstə nə qədər çox qalırsa, durumu ağırlaşır: 

“Xəstə iki sutkadan artıq komada qalırsa, proqnozu çox pis göstərir. Bəzən televiziyada göstərirlər ki, xəstə komada 10-20 gün qaldı və birdən ayıldı. Bu, nadir və ənənəvi olmayan hadisədir. Xəstə komada qaldıqca, getdikcə proses ağırlaşmaya doğru gedir, yaxşılığa doğru dəyişmir. Koma özü ağır bir prosesdir. Orada beyində hüceyrələrin fəaliyyəti o dərəcədə pozulur ki, beyinin özünün belə onu sakit vaxtda bərpa etmək gücü olmur. Ona görə də intensiv şəkildə terapiya aparılmalıdır ki, beyin hüceyrələri özünü bərpa etsin. Koma ən geci 5 gün çəkə bilər. Ondan çox çəkəndə xəstənin ayılma ehtimalı çox aşağı olur. Praktikada xəstənin 20, hətta 10 gün komada qaldığına rast gəlinməyib. Məsələn, kimsə deyir ki, filankəs 10 gün komada qalandan sonra ayılıb və normal həyatına davam edib. Bəlkə də komada olmayıb, sadəcə yüngün vəziyyət olub. Ətrafla tam əlaqəyə girə bilmədiyinə görə komada olduğu deyilib. Belə hallar ola bilər. Sırf ikinci, üçüncü dərəcəli komadan söhbət gedir ki, belə xəstələr iki sutkadan gec komada qalırsa,  ayılma ehtimalı sıfıra bərabər olur. Əgər qeyd olunan müddətdən tez komadan ayılma baş verirsə, beyində həmin müddət ərzində hansısa pataloji ocaq qalırsa, bu, insanın bədənin müəyyən bir hissəsində özünü göstərir. Ya udqunmaqda, ya danışıqda, yaxud bədənin sinirlə əlaqəsi olan müəyyən bir hissəsində iş qabiliyyəti zəifləmiş olur”. 

Həkim qəza keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin də durumundan danışıb. Ehtimal edib ki, Oqtay Gülalıyevin beynində daha dərin proseslər gedib: 

“Oqtay Gülalıyevlə bağlı mətbuatda o qədər də geniş açıqlamalar verilmədi ki, biz bilək orada nə proses gedir. Həkimlərin birinci günü davranışları və hərəkətlərindən belə anladıq ki, beyində epidural, yaxud subdural gematoma olub. Epidural, subdural gematomalar belədir ki, qanı təmizləyib tamamilə götürəndə xəstədə qısa zamanda bərpa prosesi gedir və ayağa qalxır. Həkimlər də deyirdi ki, qısa zamanda xəstə ayağa qalxacaq. Mətbuatdan bildik ki, onun beynində çox güman ki, ya epidural, ya da subdural gematoma olub və həkimlər onu götürüblər. Amma sonradan durumunun ağırlaşması və koma vəziyyəti onu göstərir ki, həkimlər bu məsələlədə müəyyən qədər yanılıblar. Epidural və ya subdural gematomaların götürülməsinə baxmayaraq, tam sonadək dəqiqləşdirilməyib ki, beyində daha hansı proseslər gedir. Nəticədə xəstə ayılmalı olduğu halda ayılmır və getdikcə komaya düşür. Demək ki, beyində daha dərin proseslər gedib. Onu isə həkimlər dəqiqləşdirə bilməyib və nəticədə bu vəziyyətə gəlib çıxıb”. 


Tarix: 13-11-2019, 14:53
Xəbəri paylaş





Xəbər lenti