BDU-nun yataqxanasında zəhərlənən tələbələrin adları açıqlandı


BDU-nun yataqxanasında zəhərlənən tələbələrin adları açıqlandı

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

"Report"un xəbərinə görə, bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

*** 14:48

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

“Report” xəbər verir ki, o, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Xatırladaq ki, hadisə bu gün Mətbuat küçəsi 36 ünvanında qeydə alınıb. Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

İki tələbənin müalicəsi davam edir.

Siam.az

Tarix: 21-11-2019, 15:38
Xəbəri paylaş





Xəbər lenti