"Nəriman Nərimanov" - "Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırıldı

       "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir.
 
Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilir ki, hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.
Tarix: 24-11-2019, 08:46
Xəbəri paylaş





Xəbər lenti