Xudu Məmmədovun kəndində erməni terrorçunun doğum günü qeyd edildi...- FOTOLAR





Azərbaycan Respublikası  Ağdam rayonunun işğal altındakı Mərzili kəndində əli minlərlə vətəndaşımızın qanına bulaşmış “Avo” ləqəbli terrorçu Monte Melkonyanın doğum günü qeyd edilib.

Moderator.az xəbər verir ki,  erməni saytlarının məlumatına görə,  Xankəndidəki qondarma separatçı-terrorçu rejimin himayəsində olan “Əsgərin yanında” adlı  “qeyri-hökumət” təşkilatının üzvləri işğalçı hərbçilərlə birgə terrorçunun Mərzili kəndində qurulmuş abidəsi önünə toplaşaraq onun “” haqda nitqlər söyləyiblər. 
Xatırladaq ki, xüsusən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı Azərbaycan türklərinə qarşı olmazın vəhşiliklər nümayiş etdirmiş  qaniçən “Avo”nun başı 1993-cü ilin iyunundakı döyüşlər zamanı qəhrəman Azərbaycan oğulları tərəfindən kəsilib. 

Erməni terrorçusunun abidəsinin qurulduğu Ağdam rayonunun Mərzili kəndi isə dünya şöhrətli Azərbaycan alimi, 1988-ci ildən başlanan milli azadlıq hərəkatının əsas ideoloqlarından biri olan mərhum Xudu Məmmədovun doğulub boya-başa çatdığı kənddir...

Sultan Laçın
Tarix: 26-11-2019, 08:49
Xəbəri paylaş





Xəbər lenti