Bakıda avtosalon yanıb, xəsarət alan var - FOTO

 

Bakının Nizami rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində yerləşən “Avtopro” avtomobil salonunda baş verib.


Alov salonun “Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım və polis əməkdaşları cəlb edilib.

Hadisə zamanı “Mercedes” markalı avtomobil yanıb. Digər avtomobillər alovdan mühafizə olunub.

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Yanğın lokallaşdırılıb.

Siam.az
Tarix: 30-11-2019, 08:50
Xəbəri paylaş





Xəbər lenti