Azərbaycanda axundun oğlu içkili vəziyyətdə maşın sürdü, tutuldu


Azərbaycanda axundun oğlu içkili vəziyyətdə maşın sürdü, tutuldu

Zərdabda axundun oğlu saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 

Tarix: 1-12-2019, 15:59
Xəbəri paylaş





Xəbər lenti