Bərdədə iki avtomobil toqquşub, 1 nəfər ölüb - FOTO

 
Bölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını 90-RM-177 nömrə nişanlı "VAZ 21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ 21015"in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.     
Tarix: 7-12-2019, 20:41
Xəbəri paylaş





Xəbər lenti