Əmisini öldürüb, evinə od vuran Məzahir hakim qarşısında: "Söyüş söyüb"

   

Əmisini öldürüb daha sonra da yandırmaqda ittiham edilən 23 yaşlı gənc hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Məzahir Şıxməmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hadisə bu il martın 8-də Abşeron rayonu, “Gənclər Şəhərciyi” yaşayış kompleksindəki mənzillərin birində baş verib.
Qeyd edilən mənzildə çarpayıda yanmış kişi meyiti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovun sifət nahiyəsində sınıq xəsarətləri var.
Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu Məzahir Şıxməmmədovun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhərində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib.
Məzahir ilkin ifadəsində əməlini etiraf edib. Cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.
Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, söyüş söyüb, üstümə bıçaq çıxardıb. Onun mənə qarşı hərəkətlərini bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində öldürmək planım olmayıb”.
Məzahir Şıxməmmədov əmisini ölümcül döydüyünü bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Öldüyünü biləndə isə mənzili yandırıb, oradan uzaqlaşdım”.
Törətdiyi əmələ görə Məzahir Şıxməmmədova qarşı Cinayət Məcəlləsinin 120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Tarix: 8-12-2019, 16:11
Xəbəri paylaş





Xəbər lenti