Bakı sakininin 4 evini, ticarət obyektini və 165 min manatını ələ keçirən şəxs tutulub

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165.000 manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.  

Siam.az

Tarix: 10-12-2019, 15:06
Xəbəri paylaş





Xəbər lenti