İdarə rəisi 426 minlik avadanlığı mağazalara satıb - rəsmi ittiham


İdarə rəisi 426 minlik avadanlığı mağazalara satıb - rəsmi ittiham

“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Siam.az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasımda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, sövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb.

Məlumata görə, bu vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaitilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb.

İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Araşdırmalar 2013-2015-ci işləri əhatə edir.

Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir. Məhkəmədə İdarəni maliyyə şöbəsinin rəisi Ağakərim Abdulov təmsil edib.

Törətdiyi əmələ görə, ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Dilanov özünü qətiyyən təqsirli bilmir.  
 Siam.az
Tarix: 11-12-2019, 22:33
Xəbəri paylaş





Xəbər lenti